Bakı. Trend:
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü ili böyükuğurlarla tamamlayıb.
Trend xəbər verirki, agentlik bu il beynəlxalq standartlara uyğun şəkildə, qabaqcıltəcrübələr və müasir innovativ üsullarla ölkədə dopinq nəzarətinihəyata keçirib, mühüm irəliləyişlərə imza atıb.
Olimpiya ilinə iki beynəlxalq elmi-praktik konfransla startverən AMADA, hesabat dövrünə strateji hədəflərə yönəlmiş digərbeynəlxalq konfransla yekun vurub. Dopinqin idman aləmindəyaratdığı təhlükələrin qarşısını almaq, idmançıların sağlamlığınıqorumaq və onların hüquqlarını təmin etmək AMADA-nın əsas prioritetistiqamətləri olub.
2024-cü ildə AMADA tərəfindən 1300 antidopinq testi keçirilib.Testlər 30 idman növü və 56 yarımnövü əhatə edib, 52 milli yarışdatestlər aparılıb və 6 beynəlxalq yarışda nümunə toplama AMADA-yahəvalə edilib. Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə,1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
AMADA-nın Nəticələrin Emalı və Təhqiqat Şöbəsi cari ildə 8idmançı barəsində müxtəlif antidopinq qayda pozuntuları ilə bağlıicraat başlatıb. Bu pozuntulardan 4-ü qadağan edilmiş maddə və yaüsuldan istifadə, 2-si nümunədə qadağan olunmuş maddə və ya onunmetabolitlərinin mövcudluğu, 1-i nümunə toplamağı imtina etmə, 1-iisə dopinq nəzarətinin hər hansı hissəsinin saxtalaşdırılması iləbağlı olub.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiyaqərarı qəbul olunub. Bu pozuntular boks, taekvondo,ağırlıqqaldırma, pauerliftinq, cüdo, güləş, atletika və kikboksinqkimi idman növlərində aşkar edilib.
2024-cü ildə AMADA, 3074 şəxsi əhatə edən 59 maarifləndirməseminarı, 9 vebinar, 7 kütləvi təbliğat tədbiri və 4 digər tədbirkeçirib. Həmçinin, “Ədalətli İdman Həftəsi” təşkil olunub vəmüxtəlif məlumatlandırıcı postlar, videoçarxlar və müsabiqələrtəşkil edilib.
AMADA həmçinin, Türkiyə və Almaniya milli antidopinqtəşkilatları, Azərbaycan Boks Federasiyası, Azərbaycan GüləşFederasiyası və Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıqmüqavilələri və memorandumları imzalayıb.