AZ

Almaniyadan Suriyaya 60 milyon avro 

Almaniya BMT-nin müxtəlif agentlikləri və QHT-ləri vasitəsilə Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması üçün 60 milyon avro ayırıb.

Uşaqlara psixoloji dəstək və dağıntıların təmizlənməsi kimi işlər prioritet layihələrdir.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya Suriyaya ümumilikdə 60 milyon avro yardım göndərir. Suriyada humanitar vəziyyətin “fəlakətli” səviyyədə olduğunu bildirən Almaniya inkişaf naziri Svenja Şultze 14 illik vətəndaş müharibəsindən sonra 90 faizi yoxsulluq içində yaşayan Suriya xalqının xarici yardıma ehtiyacı olduğunu bildirib. Suriyanın gələcəyinin qeyri-müəyyən olduğunu, lakin nikbin olmaq üçün səbəblərin olduğunu qeyd edən nazir, yardımın müsbət dəyişikliyə töhfə verəcəyini bildirib. O, bölgəyə yardımların yalnız Birləşmiş Millətlər Təşkilatının təsisatları və digər qeyri-hökumət təşkilatları vasitəsilə çatdırılacağını vurğulayıb. 

Almaniya İnkişaf Nazirliyinin məlumatına görə, sözügedən resursun 25 milyon avrosu suriyalı uşaqların psixoloji sağlamlığı və təhsili ilə bağlı layihələrdə istifadə edilmək üçün UNİCEF-ə köçürüləcək. Münaqişələr səbəbindən ölkə daxilində miqrasiya etməyə məcbur olan insanlar üçün dağıntıları təmizləmə kimi qısamüddətli iş imkanları yaratmaq üçün BMT-nin inkişaf proqramına 19 milyon avro köçürüləcək. Almaniyanın Suriyaya dəstəyi daha əvvəl 2024-cü il büdcəsində Suriya ilə bağlı layihələr üçün ayrılan fonddan təmin ediləcək. 

Seçilən
102
cebheinfo.az

1Mənbələr