AZ

Bundesliqada yeni təyinat

“Union”un yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Şteffen Baumqart təyinat alıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Bo Svenssona xələf olub. 52 yaşlı Baumqart vaxtilə Berlin klubunda çıxış edib. Onun sonuncu iş yeri bu il çalışdırdığı “Hamburq” olub.

Yeri gəlmişkən, “Union” bundesliqada keçirdiyi son 8 matçda qələbə qazana bilməyib. Komanda hazırda 15 oyuna 17 xalla 12-ci yeri tutur.

Seçilən
86
football-plus.az

1Mənbələr