Bolnisidəki insident nəticəsində 9 nəfər yaralanıb - onların hamısı xəstəxanaya yerləşdirilib.
“Cebheinfo.az” Aktual.ge-yə istinadən xəbər verir ki, səs-küy və qarşıdurma Bolnisi-Marneuli magistralında, "Mercedes" markalı minik avtomobilin iki piyada yeniyetməni vurub öldürməsindən sonra başlayıb.
İddialara görə, yerli sakinlər sürücünün onlara təhvil verilməsini və cəzalandırılmasını tələb edirlərmiş.
“Cebheinfo.az”