AZ

Millinin sabiq müdafiəçisi saxlanıldı - Svgilisinə hücum edib

Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedo paytaxt Lissabonda saxlanılıb.

Sportinfo.az “Correio da Manh” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hor” klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zorakılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Semedo 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib.

O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedo girov müqabilində həbsxanadan azadlığa buraxılıb.

Seçilən
49
sportinfo.az

1Mənbələr