AZ

"Barselona" Olmonu itirdi - Rəsmi açıqlama

"Barselona" yarımmüdafiəçisi Daniel Olmo ilə hücumçusu Pau Viktoru mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirə bilməyib. 

Fanat.Az "Mundo Deportivo"-ya istinadən xəbər verir ki, bu barədə İspaniya La Liqası rəsmi açıqlama yayıb. 

Qurum sözügedən futbolçuların qeydiyatı üçün "Barselona" ilə həll tapa bilmədiklərini təsdiqləyib. La Liqanın rəsmi saytında dərc olunan bəyanatda belə qeyd olunub: 

“Barselona” maliyyə nəzarəti qaydalarına uyğun olaraq 2025-ci il yanvarın 2-dən etibarən hər hansı oyunçunun qeydiyyata alınmasına imkan verən alternativ təqdim etməyib”.

Dani Olmo ötən yay "Leypsiq"dən "Barselona"ya keçib. Kataloniyalılar onu, həmçinin “Jirona”dan gələn Pau Viktoru 2024-cü ilin sonuna kimi qeydiyyatdan keçirə bilmişdi. Qeydiyyata alınmayan futbolçular azad agent statusu daşıyacaqlar. 

"Barselona"da oynadığı altı ay ərzində Olmo bütün turnirlərdə 15 oyun keçirib, bu matçlarda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
87
44
fanat.az

10Mənbələr