"Təzadlar" tanınmış siyasi ekspert Adil Minbaşıdan bu və ya digər suallara cavab istəmişdir. Aşağıda təqdim edirik:
- AZAl-ın təyyarəsinin qəzaya uğraması faktına mənim münasibətimi bilmək istəyirsinizsə, nəzərə alaq ki, artiq bu hadisə ilə bağlı aşkarlanmış o qədər təkzibolunmaz faktlar məlumdur ki, onları təkrarlamağa ehtiyac yoxdur. Doğrudur, hələ təhqiqat, istintaq araşdırılması davam edir, bir neçə istiqamətdə ekspertizalar aparılmalı və mütəxəssis rəyləri qiymətləndirilməlidir. Bununla belə, indidən demək olar ki, təyyarənin hərbi müdaxilə nəticəsində vurulmuş olmasi yeqin ki, mübahisə predmeti olmayacaq. Cinayət işinin istintaqı zamanı bu təyyarənin ehtiyatsızlıq üzündən və ya qəsdən vurulmuş olmasının aydınlaşdırılması əsas məsələlərdən biridir.
Mencə, təyyarənin yanlışlıqla-ehtiyyatsızlıq üzündən vurulması ehtimalı da olduqca aşağıdır. Mən bu sahə üzrə mütəxəssis deyiləm, ancaq ümumi bəlli məlumatlarınməntiqinə əsasən bilinir ki, Hava Hücumundan Müdafiə sistemi radar əhatəsinə daxil olmuş obyektləri parametrlərinə görə qiymətləndirmə və fərqləndirmə sisteminə sahibdir. Ona görə də hədəfdəki obyektin mülki təyyarə olması avtomatik olaraq sistem tərəfindən müəyyən edilir. Hərbi vəziyyətlərdə təhlükəli nəticələrə yol verilməməsi üçün aviasiya sistemində mülki və hərbi melumatlar sinxron çalışdığı üçün konkret məkanda hansi mülki təyyarənin ola bilməsi mümkünlüyü yoxlanılır. Bəlli zamanda hava koridorundakı marşruta və koordinasiyalara görə hansı mülki təyyarənin hərəkət etdiyi də müəyyən oluna bilir.
Cinayət işinin istintaqı zamanı ciddi versiya(ehtimal)lardan birinin aydınlaşdırılması üçün bu aydınlaşmanın necə və kimin tərəfindən aparıldığını müəyyən etmək olduqca vacibdir.
- Bunu nəyə görə vacib hesab edirsiz?
- Yuxarida şerh etdiyim esaslara göre- radar sistemine daxil olan obyektin mülki teyyare ve hemin vaxt kəsimində Baki-Qroznı marşrutu üzre heteket eden teyyere olduğu aşkar olubsa bu teyyare ne üçün ve kim terefinden vurulub?!
Mövcud herbi siyasi veziyyet, Azerbaycanin Rusiya ve Çeçenistanıa olan münasibetleri nezere alindiqda hava məkanına daxil olan Azerbaycan teyyaresini ne ruslar, ne de çeçenlər vurmaq istemezler çünki hazirkı veziyyetde Rusiya üçün beynelxalq seviyyede elave bir problem yaratmaqla beraber terefler arasindaki dayaniqli dostluq münasibetlerine de böyük zerbe vurmuş olur.
Hazirki cinayet işi üzre istintaqçi olsaydım qeyd etdiyim esalara göre men iki ehtimalı mütleq ataşdirmali olacaqdim:
1- teyyarenin siyasi motivlerle-mehz Azerbaycan-Rusiya münasibetlerinin pozulmasına nail olmaq üçün qesden vurulmasi;
2. Teyyarenin vuruldugu vaxt Hava Hücumundan Müdafiə Sisteminde yetkili şexsler arasinda ermeni edildi herbiçinin olub, olmamasi
Tarixi faktlari sadalamağa ehtiyac duymadan məlumdur ki, her zaman Rusiya herbi qüvvələrinin terkibinde olan ermeniler fürsət düşən kimi bu imkanlardan Azerbaycana qarşi cinayet toretmek üçün istifade edibler.