AZ

Bayden: Heç bir hücuma dözməyəcəyik

“Biz millətimizin icmalarına qarşı heç bir hücuma dözməyəcəyik”.

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Luiziana ştatının Nyu-Orlean şəhərində baş verən hücumla bağlı deyib.

Hadisə ilə bağlı səhər saatlarından məlumatlandırıldığını qeyd edən Bayden, Federal Təhqiqat Bürosunun (FTB) hadisəni terror aktı kimi araşdırdığını xatırladıb.

Bayden daha çox ölüm və yaralanmaların qarşısını aldığı üçün yerli hüquq-mühafizə orqanlarına təşəkkür edib və gün ərzində məsələ ilə bağlı məlumat almağa davam edəcəyini bildirib.

Ölənlərin ailələrinə başsağlığı verən Bayden deyib: "Şiddətə heç bir bəraət qazandırmaq olmaz. Biz millətimizin icmalarına edilən heç bir hücuma dözməyəcəyik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
84
ikisahil.az

1Mənbələr