AZ

Trampa məxsus otelin qarşısında Tesla “Cybertruck”ın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus 64 mərtəbəli “Trump İnternational” otelinin qarşısında Tesla Cybertruck” markalı pikapın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehill televiziya kanalında yayımlanan mətbuat konfransında bildirib.

““Cybertruck” otelin qapıları qarşısında dayandıqdan sonra biz maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış oldu. Onun sözlərinə görə, “Cybertruck”da olan şəxs həlak olub. “Partlayış nəticəsində 7 nəfər yaralanıb”, deyə o bildirib.

Seçilən
94
2
apa.az

10Mənbələr