AZ

"Trump International Hotel"in qarşısındakı partlayış TERROR aktı ola bilər

Nevada ştatının Las-Veqas şəhərindəki 64 mərtəbəli "Trump International Hotel"in qarşısında "Tesla Cybertruck" pikapının partlaması nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Las-Veqas polisi mətbuat konfransında bildirib.

"Cybertruck" hotelin şüşə qapılarının qarşısında dayandıqdan sonra maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış baş verdi. "Cybertruck"ın içərisində olan şəxs həlak oldu. Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb", - açıqlamada deyilir.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları həlak olanın şəxsiyyətini müəyyən edə bilməyib. Polis hadisəni potensial terror hücumu kimi araşdırır. Məlumata görə, müstəntiqlər hələlik partlayışın dəqiq səbəbini müəyyən etməyiblər, lakin avtomobildə pirotexniki vasitələr olub.

01 yanvar, 23:15

ABŞ-nin Las-Veqas şəhərində "Tesla Cybertruck" avtomobili Donald Trampa məxsus hotelin yaxınlığında partlayıb və yanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Partlayış "Trump International Hotel"in yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hündürmərtəbəli binanın yaxınlığındakı yolları bağlayıblar. Şəhər sakinlərinə hadisə baş verən ərazidən uzaq durmaq tövsiyə olunub.

Partlayışın səbəbi ilə bağlı araşdırmalar aparılır.

Seçilən
102
40
hakimiyyet.az

10Mənbələr