Bakı. Trend:
Puerto-Rikoda dekabrın 31-də səhər tezdən baş vermiş tamelektrik kəsintisinin ardından təchizatın böyük hissəsi bərpaolunub.
Trend xəbər verirki, yerli “El Nuevo Dia” qəzetinin məlumatına görə, artıqmüştərilərin 98%-dən çoxu elektrik enerjisinə qovuşub.
Bununla belə, Puerto-Rikonun seçilmiş qubernatoru CenniferQonsales əhalini enerjiyə qənaətlə yanaşmağa çağırıb. O bildiribki, əvvəllər sıradan çıxmış elektrik stansiyaları tam gücü iləişləmək üçün müəyyən vaxt tələb edir və yaxın günlərdə təchizatdayenidən fasilələr ola bilər.
Tam elektrik kəsintisi bazar ertəsi gecə ölkənin bütün elektrikstansiyalarının sıradan çıxması ilə nəticələnən qəza səbəbindən başverib.
Ada ölkəsinin əsas elektrik şirkəti “Luma Energy” qəzanınyeraltı kabellərin zədələnməsi ilə əlaqəli ola biləcəyini, lakindəqiq səbəbin hələ müəyyən edilmədiyini açıqlayıb. Kəsintinəticəsində 1,3 milyondan çox istehlakçı işıqsız qalıb.
Puerto-Rikonun elektrik təchizatının sabitləşməsi üçün işlərdavam edir.