AZ

BMT Baş katibi Nyu-Orleandakı terror aktını pisləyib

Bakı. Trend:

BMT-nin Baş katibi Antoniu Quterriş, Luiziana ştatınınNyu-Orleans şəhərində azı 15 nəfərin həyatına son qoyan terroraktını kəskin şəkildə pisləyib.

Trend xəbər verirki, dünya təşkilatının rəhbərinin mətbuat xidmətindən verilənaçıqlamada, Baş katibin Yeni il bayramını qeyd edən izdihamaavtomobillə hücum edərək, 15 nəfərin ölümünə və 30 nəfərinyaralanmasına səbəb olan Nyu-Orlean hücumunu qətiyyətlə pislədiyibildirilib.

Quterriş, həlak olanların ailələrinə və yaxınlarına başsağlığıverərək, Luiziana ştatının iqtidarına və sakinlərinə, eləcə də ABŞvətəndaşlarına başsağlığı göndərib. O, yaralananların tezlikləsağalmasını diləyib.

Xatırladaq ki, Yeni il gecəsi yerli vaxtla səhər saat 3radələrində Nyu-Orleanın mərkəzində yük maşını piyadaların üstünəsürülüb. Avtomobil dayandıqdan sonra cinayətkar polis əməkdaşlarınaatəş açıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15nəfər həlak olub və 30 nəfərdən çox insan yaralanıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) baş verənləri terror aktı kimiqiymətləndirib.

Seçilən
73
3
az.trend.az

3Mənbələr