Monteneqronun Tsetinye şəhərində atəş açan şəxs 2-si azyaşlı olmaqla azı 10 nəfəri öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, silahlı şəxs öz ailəsinin bir neçə üzvünü də qətlə yetirib. Nazir Tsetinye sakinlərini şübhəli həbs olunana qədər evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 7 nəfərin həlak olduğu bildirilirdi.
Monteneqronun Tsetinye şəhərində silahlı şəxs kafelərin birində atəş açıb, nəticədə 7 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə RTCG portalı məlumat yayıb.
Qeyd olunur ki, artıq şəxsiyyəti müəyyən edilən 45 yaşlı şəxs hadisə yerindən qaçıb. Polis onu axtarışlarını davam etdirir. Məlumata görə, atışmaya səbəb kafedə müştərilər arasında yaranmış mübahisə olub.
Monteneqronun Baş naziri Miloyko Spajiç yeddi nəfərin ölümü ilə nəticələnən atışmadan sonra ölkədə üç günlük matəm elan edib.