Moskvadan havaya qalxan "Sibir Hava Yolları"na məxsus "Airbus 321A" təyyarəsi Norilsk hava limanında uçuş-enmə zolağından çıxıb.
Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra yolun ətrafında dönərkən uçuş-enmə zolağından çıxıb. Həmin vaxt təyyarədə 79 sərnişin olub.
Təyyarənin uçuşu müvəqqəti dayandırılıb. Moskvaya geri dönüş reysi üçün ehtiyat təyyarə ayrılıb.
Hazırda hadisənin səbəbləri və şəraiti araşdırılır.