Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin eniş zamanı idarəetmədən çıxaraq 179 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı Muan Beynəlxalq Hava Limanında axtarış aparıb.
"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, səlahiyyətlilər qəza ilə bağlı aparılan istintaq çərçivəsində “ölümlə nəticələnən peşəkar səhlənkarlıq” şübhəsi ilə axtarış elan edildiyini bildiriblər.
Daha sonra polis Muan Beynəlxalq Hava Limanında və “Jeju Air” aviasiya ofisində axtarış aparıb.
Banqkok-Muan marşrutu üzrə hərəkət edən Boeing 737-800 model tək keçidli "Jeju Air 7C2216" təyyarəsi Cənubi Koreyanın Muan şəhərində uçuş-enmə zolağına endikdən sonra eniş şassisi açılmadıqda idarəetmədən çıxaraq divara çırpılıb.
Səlahiyyətlilər qəzanın təyyarənin şassasındakı nasazlığın səbəb olduğunu, təyyarənin eniş şassisi ilk uçuşda açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.
Xatırladaq ki, Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət sayılan hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilib.