AZ

“Krokus” terror aktı ilə əlaqəsi olan silahlıları Türkiyədə 15 il həbs gözləyir

İstanbul Baş Prokurorluğu “Crocus City Hall”da baş verən terror aktının icraçıları ilə əlaqəsi olan 5 əcnəbiyə 7 il yarımdan 15 ilədək həbs cəzası tələb edir.

Bu barədə Anadolu agentliyi yazır.

“İttiham aktında təqsirləndirilənlər Xofizjon Usmonov, Muteullo Usoev, Raxmatullo Salikov, Muhammadrahim Faizov və Khamza Muhammad silahlı terror təşkilatına üzv olmaqda ittiham olunaraq 7,5 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tələb olunurdu”, – materialda deyilir.

Onların terror aktı üçün göstəriş verdikləri və bunun üçün 800 min rubl vəd etdikləri iddia edilir. Agentliyin məlumatına görə, onlar ifaçıların Belarusla sərhədə çatmalarına, yeni pasportların verilməsinə və mənzillə təmin olunmasına köməklik edəcəklərini də vəd ediblər.

Usmonov, Salikov və Asoyev 2024-cü il martın 24-də avtobusla İrana getmək istəyərkən, Faizov və ailəsi isə martın 28-də saxlanılıb.

DOĞRU.AZ

Seçilən
91
20
dogru.az

10Mənbələr