ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından bir gün əvvəl, yanvarın 19-da Vaşinqtonda mitinq keçirəcək.
Bu barədə CBS News mənbələrə istinadən yazır.
“Yeni seçilmiş prezident Donald Tramp inaqurasiya mərasimindən bir müddət əvvəl yanvarın 19-da Vaşinqtondakı Capital One Arenada mitinq tədbiri keçirəcək”, – materialda deyilir.
Qeyd olunur ki, stadion 20 minə yaxın tamaşaçı tuta bilər. Mitinqin startı yerli vaxtla saat 15:00-a (Moskva vaxtı ilə 23:00) nəzərdə tutulub.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun bu yaxınlarda əməliyyat olunmasına baxmayaraq Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırdığı bildirilirdi.
DOĞRU.AZ