Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Bunu Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-nın sorğusuna cavab olaraq bildirib.
O bildirib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: "Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".
16:57
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə APA-ya ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.
O bildirib ki, aktyor dünən xəstəxanaya koma vəziyyətində daxil olub: "Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. O, bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bununla bağlı əməliyyat olunub".
Nadir Yalçın
Selcan Zaurqızı
15:50
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
Azər Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
Allah rəhmət eləsin.