“Football-plus.az” xəbər verir ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı aktyor ATV telekanalında yayınlanan “Bozbash Pictures” layihəsinin əsas personajlarından biri idi, “Ağsaqqal” obrazı ilə sevilirdi. Maraqlıdı ki, mərhum aktyor yeniyetmə yaşlarında hakim kimi də çalışıb. Yaxınlarda “Baku TV”nin “Qapqara” layihəsinin qonağı olarkən bu haqda maraqlı açıqlama vermişdi. Onun aparıcı Kamran Ağabalayevin “Azər Baxşəliyev və futbol hakimi... Azər, ən azı futbolda ədaləti bərqərar edə bilmisənmi” sualına cavabı:
“Futbolda ədaləti bərqərar etmək çox çətin məsələdi. Elə həyatdakı kimi. Futbolda elə qaydalar var ki, mənə elə gəlir onlar özü də ədalətsizdi. Məsələn, ofsayd qərarı kimi. Ümumiyyətlə, mənasız qaydalar çoxdu. 2000-ci illərdə - 15-16 yaşım olanda hakim işləyirdim. Onda belə bir qayda var idi ki, futbolçular meydanda tüpürə bilməz – bunun cəzası sarı vərəqə idi. Necəsə illər sonra həmin qayda dəyişdi. İndi nə istəsən, edə bilərsən. İndiki futbolumuz min şükür ki, mən hakim olduğum dövrlə müqayisədə xeyli inkişaf edib, irəliləyib. Burdan salamlarımı göndərirəm Xaqani Məmmədova, Asim Xudiyevə - mənə dərs deyirdilər, öyrədirdilər. Yadımdadı, o vaxt rayon oyununa hansısa hakimi göndərəndə narazılıq edirdi ki, getmək istəmirəm, şərait, meydançalar pisdi, paltardəyişmə otağı soyuqdu, buz kimidi, Bakıdakı oyuna göndərin. Bəlkə də buna görə ayrıldım mən o sahədən. Amma təkcə bu da deyildi. Komandanın hansı udur, hansı uduzur, bunun sənə aidiyyatı yoxdu, amma söyülən sənsən. Böyüdükcə başa düşdüm ki, hakimlik mənlik deyil”.
ORXAN