AZ

Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması bölgəyə nə vəd edir? - AÇIQLAMA

Bakı. Trend:

"Azərbayca Dəmir Yolları" (ADY) QSC Bakı-Balakən-Bakımarşrutunun bərpası ilə gecə səfərlərinə start verir. Yataq tipliqatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də BakıdanBalakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkətedəcək. Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları,eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsitəmin ediləcək.

Bəs Bakı-Balakən qatarının yenidən fəaliyyətəbaşlaması bölgəyə nə vəd edir?

Millət vəkili Nəsib Məhməliyev Trend-ə açıqlamasında qeyd edib ki,Bakı-Balakən qatarının fəaliyyətə başlaması bütövlükdə şimal-qərbbölgəsi üçün xoş xəbərdir.

O bildirib ki, dəmiryolu nəqliyyatı iqtisadi, ekoloji cəhətdənsərfəli və rahatdır.

"Ulu Öndər Heydər Əliyevin sayəsində bu dəmiryolu xətti inşaedilib. Açılan gündən bütöv bir regionun sosial-iqtisadiinkişafında çox əhəmiyyətli rol oynadı. Bakı-Balakən dəmiryoluistismara veriləndən həmin bölgədə iqtisadiyyat inkişaf etdi. Xeylisayda inzibati binalar tikildi, infrastruktur layihələri icraedildi, əhalinin yaşayış səviyyəsi artdı.

Pandemiyadan sonra qatarın fəaliyyətinin dayandırılması, təbiiki, obyektiv səbəblərdən idi. İnsanlar bu reysin yenidən fəaliyyətəbaşlamasını səbirsizliklə gözləyirdi. Hesab edirəm ki, yaxıngələcəkdə Bakı-Balakən-Bakı dəmiryolu reysi tam gücü ilə inkişafedəcək, yenidən əvvəlki ənənələrini bərpa edəcək".

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki,Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması ölkəiqtisadiyyatına öz müsbət töhfəsini verəcək.

"İlk növbədə bölgədə turizm potensialını inkişaf etdirəcək.Burada hotelçilik sənayesinin, kiçik və orta biznes subyektlərinindəstəklənməsinə xidmət etmiş olacaq. Eyni zamanda, regionməhsullarının digər istiqamətlərə yönləndirilməsi üçün effektivolacaq. Logistik infrastruktur hər bir ölkə üçün çox önəmlidir. Həmdə dəmiryolu digər nəqliyyat vasitələri ilə müqayisədə ekolojicəhətdən daha səmərəlidir. Bu günün trendinə uyğun olaraq ətrafmühitin dəstəklənməsi baxımından vacib nəqliyyat növüdür".

Turizm məsələləri üzrə ekspert Azər Həsənovbildirib ki, Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlamasıturizm sahəsinə müsbət təsir edəcək.

"Bu cür nəqliyyat infrastrukturunun inkişafı turizmin artmasınavə regional inkişafın stimullaşdırılmasına imkan verir.

Bakı ilə Balakən arasındakı qatar əlaqəsinin mövcud olmasıturistlər üçün bölgəyə gediş-gəlişi daha rahat edəcək. Turistlərxüsusilə uzun və yorucu yol səfərlərindən çəkinərək, daha komfortluvə sürətli nəqliyyat vasitəsilə Balakənə səyahət edə biləcəklər.Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki,Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla,10 stansiya və dayanacaqda saxlayacaq ki, bu da həmin istiqamətdəturizm axınını artıracaq.

Həmin bölgələr Azərbaycanın dağlıq bölgələrindən biridir vəburada təbiətə dayalı turizm, ekoturizm və dağçılıq turizmipotensialı böyükdür. Qatar xətti ilə əlaqənin artması bu cürturizmin daha çox diqqət çəkməsinə səbəb olacaq. Balakənin gözəltəbiəti, gölləri, dağları və səfalı iqlimi turistlər üçün dahaəlçatan olacaq.

Qatar xətlərinin açılmasından sonra turizm üçün lazım olaninfrastrukturlar da inkişaf etdirilə bilər. Hotellərin,restoranların, gəzinti yerlərinin və digər turistik obyektlərintikintisi və təmiri üçün yeni investisiyalar qoyula bilər. Bu daturistlərə daha yüksək keyfiyyətli xidmət təqdim etməyə imkanyaradacaq.

Balakəndə turizmin inkişafı həm də kənd təsərrüfatı və digərsahələrdə də yerli iqtisadiyyata müsbət təsir göstərəcək. Turistlərbölgəyə gələcək və bu da yerli bizneslərə, o cümlədən, ticarət vəxidmət sahələrinə dəstək verəcək.

Bakı-Balakən qatar xəttinin açılması turizm şirkətlərinin yeniturizm marşrutları və paketləri yaratmasına da təkan verəcək.Məsələn, Bakıdan Balakənə qatarla səyahət edərək, turistlərətrafdakı digər əraziləri də ziyarət edə bilərlər. Bu, həm yerli,həm də beynəlxalq turistlər üçün maraqlı olacaq", - deyə o qeydedib.

Qeyd edək ki, yataq tipli qatarlar Bakıdan Balakənə 8 saat 20dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq. Marşrutüzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard"sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan,"Business" sinfi üçün isə 72 manatdan başlayır.

Məqalədə:
Seçilən
89
1
az.trend.az

2Mənbələr