ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində təyyarənin binaya çırpılması nəticəsində azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) yerli polis idarəsi məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərdən 10 nəfər tibb müəssisələrinə yerləşdirilib, qalan 8 nəfər isə həkimlər tərəfindən müayinə olunaraq ambulator müalicəyə göndərilib.
Qəzadan sonra binada yanğın baş verdiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.