AZ

ABŞ Konqresinin yeni tərkibi işə başlayır

2024-cü ilin noyabrında keçirilən seçkilərdən sonra formalaşan yeni ABŞ Konqresi yanvarın 3-də işə başlayacaq.

Publika.az "CBS News"a istinadla xəbər verir ki, konqresmenlər ilk iclas üçün Bakı vaxtı ilə saat 21:00-da görüşəcəklər.

2019-cu ildən bəri ilk dəfə Respublikaçılar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğa sahibdir. Son Konqresdə, 118-ci çağırışda Respublikaçılar Nümayəndələr Palatasına, Demokratlar isə Senata nəzarət edirdi.

Hər iki palataya nəzarət respublikaçılara prezident seçkilərində Demokratik rəqibi Kamala Harrisi məğlub edən Donald Trampın kampaniya proqramını həyata keçirməyə kömək edə bilər. Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb və Vaşinqtonda keçirilməlidir.

Seçilən
102
publika.az

1Mənbələr