AZ

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları"nı Braziliyaya göndərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Aktauda baş verən təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması üçün hökumət komissiyası "qara qutu"ları deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərib".
Oxu.Az-ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana tili" (Ana dili) qəzetinə müsahibəsində bildirib.
Qazaxıstan, həmçinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət edib.
Tokayev təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivlik və qərəzsizliyin təmin edilməsi üçün bunun yeganə düzgün qərar olduğuna əminliyini ifadə edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Seçilən
68
1
oxu.az

10Mənbələr