AZ

Qazaxıstan təyyarə qəzasının səbəblərinin obyektiv və qərəzsiz araşdırılmasını təmin edib - Tokayev

Bakı. Trend:

Qazaxıstan Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan HavaYollarına məxsus sərnişin təyyarəsinin qəza səbəblərinin obyektivvə qərəzsiz araşdırılmasını təmin edib.

Trend xəbərverir ki, bu haqda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerliKİV-ə verdiyi müsahibədə deyib.

"Aktau şəhəri yaxınlığında qəzaya uğramış Azərbaycanın AZAL havayolları şirkətinə məxsus sərnişin təyyarəsinin “qara qutularının”Braziliyaya göndərilməsi hadisənin daha obyektiv araşdırılmasınaimkan verəcək", - o qeyd edib.

Qazaxıstanlı dövlət başçısının sözlərinə görə, istintaqməqsədilə hökumət komissiyası yaradılıb və xüsusilə BeynəlxalqMülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən 17beynəlxalq ekspert dəvət olunub.

“Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuşregistratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu,təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganədüzgün qərardır”, - deyə Tokayev Qazaxıstanın “Ana dili” qəzetinəverdiyi müsahibədə bildirib.

Bundan əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mətbuat XidmətiAktauda qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarənin “qaraqutularının” Braziliyaya göndərildiyini bəyan etmişdi.

Tokayev, həmçinin, qeyd edib ki, qazaxıstanlı xilasedicilər,mediklər, polislər qəza zamanı operativ hərəkət etməklə, yüksəkpeşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər.

“Faciənin baş verdiyi yerin yaxınlığında olan Mangistau RegionalElektrik Şəbəkə Şirkətinin əməkdaşları dərhal zərərçəkənlərinyardımına gəlib. Yerli sakinlər də hadisəyə biganə qalmayıblar.Bizim vətəndaşların bu cür fədakarlığı sayəsində maksimum dərəcədəçox insanın həyatını xilas etmək mümkün olub. Xilasetmə işlərindəiştirak etmiş hər bir kəsə öz səmimi təşəkkürümü ifadə edirəm”, -deyə Tokayev vurğulayıb.

Xatırladaq ki, qəza vaxtı J2-8243 Bakı-Qroznı hava reysi iləuçan AZAL-a məxsus"Embraer 190" sərnişin təyyarəsinin göyərtəsində62 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 nəfərhəlak olub, 29 nəfər müxtləlif dərəcəli xəsarətlər alıb

Seçilən
45
2
az.trend.az

3Mənbələr