Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev xəstəxanaya yerləşdirilib.
Dostları, aparıcılar İlkin Həsəni və Ramil Babayev komada olan aktyorla bağlı paylaşım ediblər.
“Möcüzələr yalnız inanmaqla baş verir. Sən bizim möcüzəmiz olacaqsan, buna əminəm. Dualarımız səninlədir” deyə, İlkin paylaşımında yazıb.
Ramil isə “Azər, mən Bakıya çatana kimi oyan. Nə olar, dua edin. Azər, sən bizim ürəyimizsən, oyan qardaşım” deyə, paylaşımında qeyd edib.
Xatırladaq ki, Azər böyrək çatışmazlığından əziyyət çəkir. O, bir dəfə əməliyyat olunmuş və anasının böyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlayıb. (Axşam.az)