AZ

Motta “Milan”la super kubok oyunundan gözləntisini açıqladı

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya Super Kubokunun yarımfinalında “Milan”la oyundan gözləntisini açıqlayıb.

Arena.az “Yuventus”un mətbuat xidmətinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizə qarşı əla komanda dayanıb və bunu hamımız bilirik. Sabahkı oyun fərqlidir, daha çox ilhamlandırır. Biz qalib gəlmək və irəli getmək üçün bacardığımızı etməliyik.

Belə oyunlarda iştirak etmək xoşdur, biz bu səviyyədə rəqabət aparmaq üçün bu işi görürük. Sabah meydana çıxıb ən yaxşı oyununu göstərmək istəməyən futbolçunu təsəvvür belə, edə bilmirəm. Ən yaxşı “Milan”la qarşılaşmağa hazır olacağıq, çünki biz yaxşı işləyirik və böyük yarışlara öyrəşmiş komanda ilə mübarizə aparmaq üçün nə etməli olduğumuzu bilirik”, deyə Motta vurğulayıb.

Xatırladaq ki, “Yuventus” – “Milan” oyunu bu gün – yanvarın 3-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
63
arena.az

1Mənbələr