AZ

Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi

Çin hakimiyyəti Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın "Jeju Air" şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan mətbuat konfransında çıxışı zamanı məlumat verib.

"Azərbaycan və Cənubi Koreya şirkətlərinin son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə, əsasən, aşağıdakı istiqamətlərdə işləyir: birincisi, biz dərhal xüsusi iclas keçirdik, təcili reaksiya tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üzrə tədbirlərin məqsədyönlülüyünü və effektivliyini artırdıq", - deyə o bildirib.

Şu Minszyanın sözlərinə görə, Mülki Aviasiya İdarəsi, həmçinin, bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib. O bildirib ki, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və çıxarılmasına xüsusi diqqət yetirilir.

"Biz fövqəladə halların aradan qaldırılması üzrə keçirilən təlimləri gücləndirəcəyik, reaksiya verilməsinin effektivliyini artıracağıq", - deyə Şu Minszyan əlavə edib.

O qeyd edib ki, yaxın vaxtlarda Mülki Aviasiya İdarəsi sistemli reaksiya tədbirləri ilə bağlı məsələlər üzərində işləyəcək, o cümlədən onların həyata keçirilməsi üçün müvafiq bölmələri stimullaşdıracaq və personalın daha etibarlı hazırlığını təmin edəcək.

“Cebheinfo.az”

Seçilən
78
14
cebheinfo.az

2Mənbələr