Qazaxıstan Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiqdir.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O , “Ana Tili” qəzetinə müsahibəsində bildirib ki, bu mövqeyi Astanada Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı açıqlayıb.
“Mən Vladimir Putinlə qeyri-rəsmi şəraitdə dörd saatlıq söhbət etdim. Bu cür ünsiyyət ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmlə bağlı qarşılıqlı anlaşmanı gücləndirməyə imkan verdi”, - Tokayev bildirib.
Bundan əlavə, o, Rusiya prezidentini Qazaxıstanın xüsusiyyətlərini və Mərkəzi Asiya regionunda ən böyük iqtisadiyyat kimi dövlətin əhəmiyyətini yaxşı başa düşən təcrübəli dövlət xadimi adlandırıb.