2024-cü ildə Rusiya Türkiyənin əsas enerji təchizatçısı statusunu qazandı.
Musavat.com xəbər verir ki, "Hürriyet" qəzetinin məlumatına görə, Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlinin dayandırılmasından sonra Türkiyə Qara dəniz qaz kəmərləri vasitəsilə Rusiyadan enerji daşıyıcılarının qitəyə tək tranzit marşrutuna çevrilib.
Qəzet bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin sözlərini xatırladıb. O, Türkiyəni "Rusiyanın ən etibarlı enerji tərəfdaşı" adlandırmışdı.
Mütəxəssislərin fikrincə, bu vəziyyət Türkiyənin regiondakı enerji siyasətində rolunu daha da gücləndirir. Eyni zamanda, bu əməkdaşlıq Rusiya və Türkiyə arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə şərait yaradır.