AZ

Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır

Bakı. Trend:

Azərbaycan Cənub və Şərqi Avropa ölkələri ilə iqtisadiəlaqələrini fəal şəkildə möhkəmləndirərək, regionla bağlıuzunmüddətli neft-qaz strategiyasını gerçəkləşdirir.

Strategiyanın əsas elementlərindən biri Cənub Qaz Dəhlizi (CQD)layihəsidir ki, bu da hazırkı geosiyasi kontekstdə Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2024-cü ildəAzərbaycan qaz ixracını genişləndirərək, Sloveniya və Xorvatiyayatədarükə başladı, Şimali Makedoniya və Slovakiya ilə əməkdaşlıqqurdu.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu böyükdür.2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Avropadövlətləri enerji mənbələrini şaxələndirmək ehtiyacını daha kəskinşəkildə hiss etdilər. Bu istiqamətdə Azərbaycan Avropa üçün əsastərəfdaşlardan birinə çevrildi. 2024-cü ildə Azərbaycanın Avropayaqaz tədarükü 13 milyard kubmetrə çatdı ki, bu da 2021-ci ilin 8milyard kubmetrlik göstəricisindən xeyli çoxdur. Ümumilikdə isə2024-cü ildə qaz ixracı 25 milyard kubmetrdən çox oldu, halbuki2021-ci ildə bu rəqəm 18 milyard kubmetr idi.

Bəhs etdiyimiz sahədəki nailiyyətlər qaz-nəqliyyatinfrastrukturunun modernləşdirilməsi və qaz hasilatının artırılmasıüzrə Azərbaycanın səyləri sayəsində mümkün olub. Azərbaycanınenergetika naziri Pərviz Şahbazov qeyd edib ki, tədarükmarşrutlarının şaxələndirilməsi enerji bazarının sabitliyi üçün ənmühüm amildir. Hazırda Azərbaycan qazı 10 ölkəyə, o cümlədən,Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan vəSerbiyaya ixrac edilir. Eyni zamanda, Sloveniya və Xorvatiya kimiyeni dövlətlərə tədarük də genişləndirilir.

2024-cü ilin əlamətdar hadisələrindən biri AzərbaycanınSloveniya və Xorvatiyaya qaz ixracına başlaması oldu. İyul ayındaSOCAR Sloveniya qaz şirkəti "Geoplin" ilə memorandum imzaladı vəavqustun 1-dən qaz tədarükünə başladı. Sentyabr ayında isəMacarıstanın PPD və "MET Group" şirkətləri ilə Xorvatiyaya qaztədarükü üzrə razılaşma əldə edildi. Bu təşəbbüslər AzərbaycanınAvropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinimöhkəmləndirdi.

Daha bir mühüm addım Şimali Makedoniya ilə əməkdaşlıq oldu.2024-cü ilin noyabrında SOCAR Şimali Makedoniyanın ESM səhmdarcəmiyyəti ilə enerji təhlükəsizliyini gücləndirmək üçünuzunmüddətli əməkdaşlıq haqqında memorandum imzaladı. Bu razılaşma2024–2025-ci ilin qış mövsümündə qaz tədarükünün perspektivləriniəhatə edir.

Dekabr ayında isə Slovakiyaya “Həmrəylik Halqası” (STRING)təşəbbüsü çərçivəsində pilot qaz tədarükünə başlandı. Bolqarıstanıntəşəbbüsü ilə başlayan bu layihə, Bolqarıstan, Rumıniya, Macarıstanvə Slovakiyanı birləşdirən modernləşdirilmiş qaz-nəqliyyatsistemidir. Layihənin iştirakçıları geniş yeraltı qaz anbarlarınamalikdir ki, bu da Azərbaycanın qazını Avropaya sabit şəkildətədarük etməyə imkan verir.

Bütün bunlara baxmayaraq, xarici siyasi çağırışlar və bəziAvropa siyasətçilərinin təzyiqləri fonunda Azərbaycan enerjisahəsindəki öhdəliklərini ardıcıl olaraq yerinə yetirir. 2024-cüildə qaz ixracı sahəsində əldə edilən uğurlar AzərbaycanınAvropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan stratejirolunu təsdiq edir.

Rəsmi Bakının şəksiz uğurlarından biri də Avropa İttifaqıölkələrinə "mavi yanacaq" icracatı həcminin artırılmasıdır.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 9,3% çoxdur. 2020-ci ilin dekabrında TAP borukəmərinin işə salınmasından 2024-cü ilin sentyabrına qədər onunvasitəsilə 40 milyard kubmetrdən çox qaz nəql olunub. TAP-ınimkanlarının genişləndirilməsi 2026-cı ilin əvvəlində borukəmərinin illik ötürmə qabiliyyətini 1,2 milyard kubmetr artırmağıplanlaşdırır.

Azərbaycanın qazı artıq Sloveniya, Xorvatiya və ŞimaliMakedoniya kimi yeni ölkələrdə də mövcuddur. İnfrastrukturbaxımından isə Bolqarıstanla Serbiyanı birləşdirən 170 kilometrlikNiş-Dimitrovqrad interkonnektoru istifadəyə verilib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı da mühüm əhəmiyyətkəsb edir. 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsindəstrateji tərəfdaşlıq memorandumu 2028-ci ilə qədər Azərbaycanqazının Avropaya tədarükünü iki dəfə artırmağı nəzərdə tutur.SOCAR-ın məlumatına əsasən, Cənub Qaz Dəhlizinin modernləşdirilməsiüzrə layihələr daha çox ölkəni əhatə etməyə və onların enerjiehtiyaclarını ödəməyə imkan verəcək.

Beləliklə, Azərbaycan enerji təhlükəsizliyində etibarlı tərəfdaşkimi öz mövqeyini gücləndirməkdə davam edir. Qaz tədarükününhəcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi vəinfrastruktur layihələrinin həyata keçirilməsi ölkəni Avropaİttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinəçevirir.

Dekabr 2024-cü ildə Slovakiya Azərbaycanın qaz nəqliyyatsisteminə qoşulan 12-ci Avropa ölkəsi oldu. Bu, SOCAR ilə"Slovensky Plynarensky Priemysel" (SPP) arasında imzalanmışqısamüddətli pilot müqavilə əsasında həyata keçirildi. 1 dekabrdanetibarən “Həmrəylik Halqası” (STRING) təşəbbüsü çərçivəsində qaztədarükünə başlanıldı. Bu addım Azərbaycanın Avropaya təbii qaztəchizatı sahəsindəki mövqeyini daha da gücləndirərək Avropaİttifaqının enerji təhlükəsizliyini artırdı.

2023-cü ilin aprelində SOCAR ilə Bolqarıstan, Rumıniya,Macarıstan və Slovakiya qaz nəqliyyat sistemlərinin operatorlarıarasında Anlaşma Memorandumu imzalandı. Sənəd Azərbaycanın əlavəqaz həcmlərinin Avropaya modernləşdirilmiş “Həmrəylik Halqası”infrastrukturu vasitəsilə nəqlini təmin edən əməkdaşlıqistiqamətlərini müəyyənləşdirdi. STRING təşəbbüsü çərçivəsindəSlovakiyanın qaz tədarükünə qoşulması ilə Azərbaycanın qaz təchizatpotensialı daha da artdı. Slovakiya qaz və neft assosiasiyasınınicraçı direktoru Rixar Kvasnevskiyə görə, layihənin ilkinmərhələsində tədarüklərin illik 5 milyard kubmetr olmasıplanlaşdırılır.

Slovakiyanın Azərbaycan qazına marağı xüsusilə 2024-cü ildəRusiya qazının Ukrayna vasitəsilə tranzit tədarük müqaviləsininbaşa çatması ilə daha da artdı. Slovakiya yeni enerji mənbələriaxtarışına çıxaraq, qaz anbarlarının və mövcud boru kəmərlərinininkişaf etmiş şəbəkəsindən yararlanmaqla Azərbaycan qazını vacibalternativ kimi qəbul etdi.

Slovakiya ilə əməkdaşlıq perspektivləri bəzi çətinliklərləüzləşir. SOCAR ilə SPP arasında mümkün əməkdaşlıq modelləri, ocümlədən, “Qazprom”dan alınan qazın Cənub Qaz Dəhlizi vasitəsilənəqli müzakirə edilsə də, sanksiyalar və Rusiya ilə Aİ arasındakısiyasi gərginlik bu cür təşəbbüslərin həyata keçirilməsiniçətinləşdirir. Digər tərəfdən, qaz tədarükünün genişləndirilməsiüçün infrastrukturun modernləşdirilməsi və Aİ səviyyəsindərazılaşmalar tələb olunur.

Slovakiyanın CQD sisteminə hətta pilot rejimində qoşulması mühümbir addımdır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminedilməsində Azərbaycanın strateji rolunu gücləndirir. SOCAR-ınməlumatına görə, 2023-cü ildə Avropaya qaz tədarükü 12 milyardkubmetr təşkil etmiş və 2027-ci ilə qədər bu rəqəmin 20 milyardkubmetrə çatdırılması planlaşdırılır. STRING təşəbbüsü Cənub-ŞərqiAvropa ölkələrinin Azərbaycan qazı ilə dayanıqlı təchizatına imkanverərək, bölgədə yeni bir enerji dəhlizinin yaradılması üçün zəminhazırlayır.

Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədəiqtisadi mövqelərini möhkəmləndirərək, SOCAR-ın gəlirləriniartırır. Slovakiyanın Azərbaycan qazına qoşulması onun enerjitəhlükəsizliyini artırmaqla yanaşı, regionda diversifikasiyasəylərini dəstəkləyir.

Azərbaycan Avropanın enerji bazarında strateji tərəfdaş kimimövqeyini gücləndirir və Avropa İttifaqı ilə əməkdaşlıqda əsasoyunçu olaraq çıxış edir. Slovakiyanın bu sistemə qoşulmasıAzərbaycanın enerji ixracı sahəsində artan əhəmiyyətini bir dahatəsdiqləyir.

Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı mürəkkəb geosiyasiçağırışlar fonunda inkişaf edir. Xüsusilə, 2024-cü ilin sonundaRusiya qazının Ukrayna üzərindən tranziti üzrə müqavilənin başaçatması Slovakiya və Çexiya üçün alternativ tədarüklərə marağıartırıb. Bu vəziyyət Azərbaycanın qarşısında yeni imkanlar açır,lakin həm də Aİ və Rusiya səviyyəsində, xüsusən də sanksiyatəzyiqləri ilə bağlı çətin məsələlərin həllini tələb edir.

2022-ci ildə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqmemorandumu imzalandıqdan sonra CQD-in infrastrukturununmodernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrəlayihələr davam edir. Bu səylər çərçivəsində kompressorstansiyalarının modernləşdirilməsi, interkonnektorların tikintisivə Transadriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətininartırılması nəzərdə tutulur. TAP-ın illik ötürmə qabiliyyəti artıq2026-cı ilə qədər 1,2 milyard kubmetr qaz artırılacaq.

Azərbaycan Avropa enerji bazarında mövqelərini inamlamöhkəmləndirərək, regionun enerji təhlükəsizliyinin təminedilməsində əsas rol oynayır. Tədarük coğrafiyasınıngenişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Cənub vəŞərqi Avropa ölkələri ilə uğurlu əməkdaşlıq Azərbaycanın qlobalenerji sahəsindəki strateji əhəmiyyətini artırır. Bu nailiyyətlərBakı tərəfindən uzunmüddətli siyasətin nəticəsidir ki, bu datədarük marşrutlarının şaxələndirilməsinə və etibarlılığın təminedilməsinə yönəlib.

Göründüyü kimi, ölkəmiz sadəcə səbatlı və etibarlı enerjitərəfdaşı deyil, eyni zamanda beynəlxalq arenada nüfuzunu fasiləsizartıraraq mövqelərini gücləndirən ölkə qismində çıxış edir.

Seçilən
71
2
az.trend.az

3Mənbələr