Avstriya Respublikasının mədəniyyət paytaxtı sayılan Zalsburq şəhərindəki Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə Avstriya Respublikasında fəaliyyət göstərən diaspor fəalları arasında görüş keçirilib. Bu barədə SİA-ya Avstriya Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib. Diaspor fəalları ilə görüşün məqsədi Avstriyada diaspor quruculuğu işlərində səmərəliliyi artırmaq və gələcək fəaliyyət xəritəsinin müəyyənləşdirilməsi olub.
Tədbirdə Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburq Azərbaycan Evinin rəhbəri çıxış edərək Azərbaycan Evi haqqında danışıb.
Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatının üzvləri və diaspor fəalları “2024-cü il Diaspor quruculuğunda göstərdiyi fəallığa görə” təşəkkürnamə ilə təltif olunublar.