Qazaxıstanın “Astana” klubunun futbolçusu Osman Kamara karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Xəbərdə “Qarabağ”ın 25 yaşlı cinah oyunçusu ilə maraqlandığı bildirilib. Azərbaycan klubunun “Astana”ya Kamara üçün 700-900 min avro təklif edəcəyi qeyd edilib.
Kamara bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.