ABŞ hökuməti Ermənistan və Azərbaycan arasında davamlı və ədalətli sülh sazişinin əldə olunması üçün səylərə dəstək verməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
“ABŞ hökuməti Cənubi Qafqazda təhlükəsiz və firavan gələcək üçün Ermənistan və Azərbaycanın davamlı və ədalətli sülh sazişi əldə etməsi istiqamətində səyləri dəstəkləyir. Biz hər iki tərəflə elə formatda əməkdaşlıq etməyə hazırıq ki, bu format tərəflərə irəliləyişin mümkün olduğu sahələri müəyyən etməyə imkan versin,” – deyə bəyanatda vurğulanıb.
Ekspertlər hesab edir ki, bu bəyanat ABŞ-ın Cənubi Qafqazda sülhün təmin olunmasına dair daha aktiv rol almaq niyyətinin göstəricisidir.