Futzal üzrə ölkə çempionatında liderliyi “Baku Fayr”a “bağışlayan” “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov “Football-plus.az”a açıqlamasında Predraq Rayiçin istefasından sonra boş qalan baş məşqçi postunun yeni sahibinin yanvarın 3-nə qədər bilinəcəyini demişdi.
Əldə etdiyimiz məlumata görə, Naxçıvan klubu Yevgeni Kukseviçə tapşırılıb. 53 yaşını gələn ay tamamlayacaq rusiyalı mütəxəssislə “5 ay+1 illik” müqavilə imzalanıb. Onun qarşısına çempionluq hədəfi qoyulub.
Təcrübəli mütəxəssis 2008-ci ildən məşqçi fəaliyyəti ilə məşğuldu. Son 6 ildə “Norilski nikel”in “sükanı arxasında” olub. Kukseviçin komandaları Rusiya kubokunu qazanıb, çempionatda iki dəfə 2-ci, iki dəfə də 3-cü yeri tutub. Adı çəkilən mütəxəssis 2017/18 mövsümünün sonunda jurnalistlər arasında keçirilən sorğuda Rusiyanın ən yaxşı məşqçisi sayılıb.
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta