AZ

Yeni ilin ilk günündə işini itirdi

Yeni il Dieqo Kosta üçün heç də yaxşı başlamayıb.

"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu yanvarın 1-də işini itirib. “Qremio” onunla yolları ayırıb.

Braziliya klubunun mətbuat xidmətinin məlumatına görə, 36 yaşlı hücumçu klubu azad agent statusunda tərk edib. Dieqo “Qremio”ya ötən ilin fevralında keçmişdi. O, ötən müddət ərzində 26 matça çıxaraq 8 qol vurub və 5 qolun ötürməsini edib.

Kosta əvvəllər “Atletiko” və “Çelsi”də çıxış edib. O, İspaniya klubu ilə 2 dəfə Avropa Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub. Londonlularla isə 2 dəfə İngiltərə çempionluğunu qazanıb.

Seçilən
71
football-plus.az

1Mənbələr