AZ

Xalq Qəhrəmanlarının ziyarətində - FOTOLAR

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yeddi mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, xalq İkinci Fəxri xiyabanda Milli Qəhrəmanların məzarlarını ziyarət edib. 

 

Dəhşətli təyyarə qəzasında həyatını itirən ekipaj üzvləri  -  kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov, stüardessa Hökümə Əliyevanın məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

140829314082921408300140830414082941408297

Seçilən
49
modern.az

1Mənbələr