AZ

“Barselona” futbolçularının qeydiyyatı ilə bağlı sorğuya mənfi cavab alıb

Bakı. Trend:

La Liqa, Kataloniya klubu “Barselona”nın futbolçuları Dani Olmovə Pau Viktorun qeydiyyata alınması ilə bağlı sorğusuna mənfi cavabverib.

Trend xəbər verirki, qurumun mətbuat xidmətinin açıqlamasına əsasən, “Barselona”yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsə də, bu, hər ikifutbolçuya lisenziya verilməsi üçün kifayət etməyib.

Buna əsas səbəb RFEF-in Ümumi reqlamentinin 130.2 və 141.5-cimaddələrinin tələbləridir. Həmin qaydalara görə, mövsüm ərzindəlisenziyası ləğv edilən futbolçu həmin mövsümdə eyni komandada yenilisenziya əldə edə bilməz.

Kataloniya klubu qərarla razılaşmadığını bildirərək, məsələniməhkəməyə daşıyacağını bəyan edib.

Seçilən
21
az.trend.az

1Mənbələr