AZ

Dumana düşən klublar açıqlama yaydılar

style='margin-bottom:10px;'>

Portuqaliya çempionatının 17-ci turunun yarımçıq dayandırlan “Nasional” - “Portu” matçı qaldığı yerdən davam edəcək. 

QOL.az xəbər verir ki, qatı duman səbəbindən matç 15-ci dəqiqədə təxirə salınıb. Həmin vaxt görüşdə hesab 0:0 olub.

Hər iki klub bu gün açıqlama yayaraq matçın yanvarın 15-də keçiriləcəyini bəyan edib.

Qeyd edək ki, hazırda “Portu” 40 xalla turnir cədvəlində ikinci yeri tutur. “Nasional” isə 13 xalla 15-cidir. 

Seçilən
39
teleqraf.com

1Mənbələr