AZ

Blinkendən Ukraynanın itirdiyi ərazilərlə bağlı KRİTİK AÇIQLAMA

"Yaxın gələcəkdə Ukraynanın referendumlar nəticəsində artıq Rusiyanın tərkibinə daxil olmuş ərazilərini geri qaytaracağı ehtimalı yoxdur".

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "New York Times" qəzetinə müsahibəsində bildirib.

“Sual güzəştlə bağlı deyil. Sual budur ki, yaxın gələcəkdə cəbhə xəttinin praktik baxımdan çox dəyişəcəyi ehtimalı yoxdur”, - o bəyan edib.

Dövlət katibinin sözlərinə görə, Kiyev həmişə itirdiyi əraziyə iddia edəcək. Sual budur ki, Ukrayna tərəfi başqalarının dəstəyi ilə onu geri qaytarmaq üçün bir yol tapacaqmı?

Seçilən
47
publika.az

1Mənbələr