“Barselona”nın alman baş məşqçisi Hansi Flik “blauqrana”nın oyunçularının qeydiyyatı ilə bağlı məsələnin şərhindən çəkinib.
Arena.az xatırladır ki, Kataloniya klubu “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru cari mövsüm İspaniya La Liqasının ikinci dövrəsi üçün qeydiyyaya sala bilməyib:
“Mən Dani Olmo və Pau Viktor haqqında danışmaq istəmirəm. Bu, mənim işim deyil. Bu gün mən prezidentlə danışmışam və kluba arxayınam. Onlar öz işlərini görürlər, mən də öz işimi”, deyə Flik “Barbastro” ilə İspaniya Kral Kubokunun oyunundan əvvəl mətbuat konfransında bildirib.
Hazırda “Barselona” xüsusilə Daniel Olmonun qeydiyyatına nail olmaq üçün dəridən-qabıqdan çıxır. Belə ki, Ktaloniya nəhəngi Olmonun qeydiyyatına müvəffəq ola bilməsə, ispan futbolçu müqaviləsində göstərilmiş xüsusi maddəyə əsasən, “blauqrana”dan azad agent qismində ayrılmalı olacaq.