“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Murad Vəliyevi heyətinə qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.
Qeyd edək ki, Estoniyanın “Levadiya”ya məxsus olan Vəliyev icarə əsasında “Nomme Yunayted”də çıxış edib.
Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib
Mahir komanda yoldaşlarını üstələyib
"Real" La Liqa tarixinə düşüb
"Qarabağ" hazırlığa start verdi
Ceyhun Sultanov: "Legioner limiti ləğv olunmalıdır"