AZ

“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib

Bakı, 4 yanvar, AZƏRTAC

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü olan futbolçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı oyunçu Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.

 

Seçilən
63
23
azertag.az

10Mənbələr