AZ

Murad Vəliyev “Şamaxı”da - Rəsmi

Estoniyanın “Levadiya” klubunun azərbaycanlı futbolçusu Murad Vəliyev bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Klub yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.
U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olsa da, son olaraq icarə əsasında bu ölkənin digər təmsilçisi “Nomme Yunayted”də çıxış edib. Sağ vinger olan azərbaycanlı futbolçu ötən il bu komandanın heyətində 32 oyuna çıxıb, 4 qola və 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 15 oyun keçirib və 1 qola imza atıb.

“Şamaxı” Murad Vəliyevdən öncə Bolqarıstanın “Arda” klubunda çıxış edən azərbaycanlı müdafiəçi Cəlal Hüseynovu da icarəyə götürmüşdü.

Seçilən
58
arena.az

1Mənbələr