Bakı. Trend:
“Şamaxı” komandası qış fasiləsində növbəti transferinireallaşdırıb.
Trend-inməlumatına görə, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyeviheyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü ilə 6 ay + 1 il olmaqlail yarımlıq müqavilə imzalanıb.
22 yaşlı futbolçu əvvəlki mövsümdə Estoniyanın “Levadiya”klubunun oyunçusu olub və son olaraq icarə əsasında “NommeYunayted” klubunda çıxış edib.