Amerika lideri Co Bayden 19 nəfəri Prezident Azadlıq medalı ilə təltif edəcək.
Bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
Mükafat alanlar arasında ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, amerikalı milyarder Corc Soros, modelyer Ralf Lauren, argentinalı futbolçu Lionel Messi, irlandiyalı musiqiçi Bono və amerikalı aktyor Denzel Vaşinqton var.
“Bu 19 nəfər Amerikanı və bütün dünyanı daha yaxşı bir yerə çevirən böyük liderlərdir”, – mesajda vurğulanır.
Prezidentin Azadlıq Medalı ABŞ-da ən yüksək mülki mükafatdır. Mərasim yanvarın 4-də Ağ Evdə baş tutacaq.
DOĞRU.AZ