AZ

“Barselona” futbolçularının qeydiyyatı ilə bağlı rəsmi imtina aldı

“Barselona” futbolçularının qeydiyyatı bağlı İspaniya La Liqası və İspaniya Kral Futbol Federasiyasından (RFEF) rəsmi imtina alıb.

Arena.az məlumat verir ki, söhbət “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktorun İspaniya La Liqasının cari mövsümünün ikinci yarısı üçün qeydiyyata salınmasından gedir.

İspaniya La Liqasının rəsmi bəyanatında deyilir:

“Barcelona” Futbol Klubu 3 yanvar 2025-ci il tarixində İspaniya La Liqasının iqtisadi nəzarətlə bağlı tələblərinə əməl etdikdən və klub müvafiq sənədləri təqdim etdikdən sonra, İspaniya La Liqası Büdcə Yoxlama Təşkilatı idman komandasının xərclər üzrə məhdudiyyətini yuxarıda qeyd edilmiş tarixdən uzadılmasına qərar verib.

Buna görə də, “Barselona” tərəfindən oyunçular üçün lisenziya tələb edildikdən, tətbiq edilən federal qaydaları nəzərdən keçirdikdən sonra, Monitorinq Komissiyası, lisenziyası ləğv edilmiş oyunçunun eyni mövsümdə klubun eyni komandasında lisenziya almasına icazə verməyən, RFEF-in Ümumi əsasnaməsinin 130.2 və 141.5 maddələrinə müavafiq olaraq oyunçular Daniel Olmo Karvaxal və Pau Victor Delqadoya “Barselona” tərəfindən tələb edilən müvəqqəti viza və ya yekun lisenziyanın verilməməsinə qərar verib”.

Vurğulayaq ki, Olmonun müqaviləsində Kataloniya klubu futbolçunu cari mövsümün ikinci dövrəsi üçün qeydiyyatdan keçirməsə, oyunçunun azad agent olacağı haqda müvafiq maddə var. Amma futbolçunun bu qış fasiləsində klubdan ayrılmaq istəmədiyi vurğulanır. Rəsmi imtina qərarından sonra Olmonun hansı qərarı qəbul edəcəyi maraqla gözlənilir.

Kataloniya klubunun İspaniya La Liqasındakı işləri də qaydasında getmir. Mövsümə əla başlamış komanda son turlardakı məğlubiyyətlər və xal itkiləri sayəsində liderliyi əldən verib. Hazırda “blauqrana” 38 xalla üçüncü pillədə qərarlaşıb. “Real” 43 xalla liderdir. 41 xalı olan “Atletiko” isə ikinci sırada qərarlaşıb.

Seçilən
55
arena.az

1Mənbələr