AZ

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

"Far.Az" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.

Seçilən
47
23
far.az

10Mənbələr