AZ

İlkin Həsəni aktyor Azər Baxşəliyevin durumu ilə bağlı açıqlama verdi

Azərforum Bizim.Media-ya istinadla xəbər verir ki, tanınmış aktyor Azər Baxşəliyev hələ də süni tənəffüs aparatındadır.

Bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir. Dualarımız dayanmayacaq, ümidimiz sönməyəcək”, - aktyor qeyd edib.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev yanvarın 1-i günorta saatlarında koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına çatdırılıb.

Daha sonra isə xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumat yayılıb.


Bizim.Media

Seçilən
1478
1
bizim.media

2Mənbələr