AZ

Messidən Baydenə "yox" cavabı - Mərasimə qatılmadı

Məşhur futbolçu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən "Azadlıq medalı" ilə təltifedilmə mərasiminə qatılmayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, "İnter Mayami"nin argentinalı futbolçusu Messi buna səbəb kimi işinin çoxluğunu gətirib. O, qeyd edib ki, qrafiki çox sıxdır və buna görə  də, Ağ Evdə keçirilən rəsmi tədbirdə işirak edə bilməyəcək.

Qeyd edək ki, Prezident "Azadlıq medalı" ABŞ rəhbəri tərəfindən vətəndaşlara təqdim edilən ən yüksək mükafatdır.

Musavat.com

Seçilən
77
musavat.com

1Mənbələr