AZ

Keniyada kosmosdan düşən metal halqa tapıldı

Bakı. Trend:

Keniyanın Mukuku kəndində qeyri-adi bir hadisə baş verib.

Trend xəbər verirki, kəndə kosmosdan diametri 2,5 metr, kütləsi 500 kiloqram olanmetal halqa düşüb. Hadisə zamanı insan itkisi qeydə alınmayıb.İlkin ehtimala görə, bu obyekt kosmosdan düşən raket tullantısıdır.Hazırda raketin hansı ölkəyə aid olduğu araşdırılır.

Keniya Kosmik Agentliyi obyektin sahibini müəyyən etdikdən sonrabeynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunmasını tələbedəcəyini açıqlayıb.

Qeyd edək ki, kosmik tullantılar adətən atmosferdə yanır və yaokeana düşür. Lakin bəzən istisnalar baş verir. İndiyədək kosmiktullantının Yerə düşməsi səbəbilə ölüm hadisəsi qeydəalınmayıb.

Seçilən
48
az.trend.az

1Mənbələr